Liviyanın paytaxtı Tripolidə polislərlə hərbçilər arasında şiddətli döyüş gedir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi Tripolidəki səfirliyə göstəriş verlib.

Föstərişlə bağlı səfirlik Liviyadakı türkiyəlilərə xəbərdarlıq edib. Xəbərdarlıqda onlardan evdən çıxmamalaır və atışma bölgəsindən uzaq durmaları xahiş edilib: "Bütün vətəndaşlarımızdan bu xəbərdarlığa əməl etmələri xahiş olunur. Fövqəladə hallarda vətəndaşlar 218 92-1429923 telefon nömrəsi ilə konsulluğun çağrı mərkəzinə müraciət edə bilərlər".

Xatırladaq ki, Liviyada qanuni hökuməti təmsil edən Milli Birlik Hökumətinə bağlı Müdafiə Nazirliyi qüvvələri vəziyyəti nəzarət altına aldıqlarını açıqlasa da, hələ də paytaxt Tripolinin Əbu Səlim bölgəsində döyüş dayanmayıb.

Qeyd edək ki, Tripolidəki polis qruplarından biri olan Sabitliyə Dəstək Birliyinin lideri Əbdülqani əl-Kiklinin öldürülməsindən sonra toqquşma başlayıb.

Tahir Şəlvəli

MİA.AZ