Qaradağ Rayon İcra Hakimiyyətinin küçə və parklarda görüləcək abadlıq işləri xidmətləri ilə əlaqədar elan etdiyi tender baş tutmayıb.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Qeyd olunub ki, qalib təchizatçını seçmək mümkün deyil.

Satınalmanın dəyəri 721 316 AZN olub.

Xatırladaq ki, bu rayonun icra başçısı Süleyman Mikayılovdur. Onun  adı son yağışlı hava zamanı Lökbatan gölünün qurudulub satılmasında hallanıb.

Onu da xatırladaq ki, həmin gölün qurudulmuş ərazisinda tikilən evləri son güclü yağşlar zamanı su basmışdlı.

MİA.AZ