"Səhiyyə TV" televiziya kanalının adı dəyişib.
Audiovizual Şuradan Mia.az-a bildirilib ki, Audiovizual Şurasının bu gün keçirilən iclasında iki məsələyə müzakirə edilib.
"Səhiyyə TV" televiziya kanalının adının dəyişdirilməsi ilə bağlı "Səhiyyə TV" MMC-nin Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirədən sonra kanalın adının "Saf TV"-yə dəyişdirilməsi haqqında qərar qəbul edilib.
İclasda həmçinin "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin müraciəti əsasında və Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlara uyğun olaraq Şuşa rayonu ərazisində yerləşən "Turşsu" radio-televiziya yayım stansiyasından "İctimai Radio"nun proqramlarının yayımı üçün 91,3 MHs radiotezliyinin "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin istifadəsinə ayrılması haqqında müvafiq qərar qəbul olunub.