Hindistan ordusu Pakistan və Pakistanın Azad Kəşmir bölgəsinə hava və qurudan raket zərbələri endirib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ikin məlumata görə, hücumlar nəticəsində 8 nəfər ölüb, 35 nəfər yaralanıb.

Pakistan Ordusu İctimaiyyətlə Əlaqələr Departamentindən bildiriilib ki, Hindistanı Azad Cammu və Kəşmir əyalətinin Kotli, Müzəffərabad, Bağ bölgələrinə, həmçinin Pəncab əyalətinin Bahavalpur və Muridke bölgələrinə və digər yerlərə hücum edib: "Onlar bir məscid və mülki obyektləri vurublar. Heç bir hərbi obyekt hədəf alınmayıb. Şübhəsiz ki, Pakistan buna öz seçdiyi vaxt və yerdə cavab verəcək. Bu təxribat cavabsız qalmayacaq. Hindistanın bu qorxaq hücumla qazandığı müvəqqəti sevincin yeri əbədi kədər alacaq"

Pakistanın müdafiə naziri Xavaca Asif Hindistanın hücumlarını pisləyib və onları "qorxaqlıq" adlandırıb: "Bu hücuma daha böyük cavab verəcəyik. Onlar bu hücumla təkcə mülki şəxslərə deyil, öz hava məkanından da hücum etdilər. Cavabımız amansız olacaq".

Xəbərdə o da deyilir ki, Baş nazir Şahbaz Şərifin yerli vaxtla saat 10:30-da Milli Təhlükəsizlik Komitəsinin toplanmasına qərar verib.

Hindistanın Mətbuat İnformasiya Bürosu isə hücumla bağlı bəyanatənda ordunun Pakistan və ölkənin nəzarətində olan Azad Kəşmir bölgəsində hərbi hədəflərə qarşı əməliyyata başladığı açıqlayıb: "Ümumilikdə 9 bölgə vurulub. Onlar Pahalqamdakı tuistlərə terrora görə cavab verəcəklər"

Hindistanın müdafiə naziri Rajnath Singh isə “Yaşasın Hindistan” başlıqlı bəyanatı ilə Pakistanı yenə hədələyib.

Lamiyə Əhmədli
MİA.AZ