"Ukraynadakı prosesin həlli ilə bağlı ABŞ-la danışıqlarımız davam edir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ukraynada 8-10 may tarixlərində hər hansı hədəfə atəş açılmayacaq: “Biz tərəfdən hücumlar olmayacaq, lakin Kiyev rejimi mövqelərimizə və ya obyektlərimizə hücum edərsə, dərhal sərt cavab tədbirləri görəcəyik”.

Ukraynanın Rusiyadakı mülki ərazilərə PUA-lara hücum etdiyini deyən Peskov bildirib ki, bu, Kiyev rəhbərliyinin müharibəni davam etdirmək niyyətinin xəbərçisidir.

O, Braziliyanın ABŞ əvəzinə Ukrayna məsələsində vasitəçilik mesajını isə müsbət sdaymayıb: "Bu məsələ gündəmdə deyil. Biz ABŞ tərəfi ilə işimizi davam etdiririk. Təbii ki, münaqişənin sülh yolu ilə həllinə töhfə vermək istəyən bütün ölkələrin səylərini müsbət sayır, alqışlayırıq". 

Samir MUSAYEV
MİA.AZ