Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, tərəflər ikili və bölgədki vəziyyəti müzakirə edib və qərara alınıb ki, bir çox sahədə, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün daha dərin addımlar atılsın.
Ərdoğan Trampın müharibələrə baxışını təqdir edərək, İranla, Rusiya-Ukrayna ilə danışıqlar prosesini müsbət sayıb: "Prezident Ərdoğan görüş zamanı Qəzzada humanitar böhranın ağır həddə çatdığını, humanitar yardımların fasiləsiz olaraq Qəzzəyə çatdırılması və bu faciəvi humanitar dramaya son qoyulmalı olduğunu, atəşkəsin yaradılması və davamlı sülhün təmin edilməsi üçün Türkiyənin əməkdaşlığa və hər cür dəstəyi verməyə hazır olduğunu da xüsusi vurğulayıb".
Bundan başqa iki ölkə lideri Suriyanın ərazi bütövlüyünü qorumaq və sabitliyi təmin etmək istiqamətində müzakirə aparıblar.
Sonda isə Ərdoğan Trampı Türkiyəyə dəvət edib.
Lamiyə Əhmədli
MİA.AZ