İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 10-da təkrar pul hərracı keçirəcək.
Mia.az xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca Bakı, Cəlilabad, Daşkəsən və Bərdədə yerləşən 5 səhmdar cəmiyyətinin səhmləri çıxarılacaq.
Hərracda qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər ən geci 3 bank günü qalana qədər qəbul olunacaq. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün “Qiymətli kağızlar bazarı haqqında” qanuna uyğun olaraq investisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
[img]https://reyting.az/uploads/posts/2025-05/7d07e1362d_herrac.jpg[/img]