Bu günlərdə Biləsuvar rayon Mərkəzi Kitabxanasında şair-publisist Mirnəsiyət Mürsəlovun «Ağ xalatlı xilaskar» adlı kitabının təqdimatı oldu.
Əvvəlcə şair Əli Aşiq Azərbaycan Yazıçılar Birliyinin və Birliyin Aran bölməsinin bölgədə yaşayıb-yaradan qələm adamlarının yaradıcılığına olan həssas münasibətindən ətraflı bəhs etdi.
Eyni zamanda, Mirnəsiyət Mürsəlovun təqdim edilən kitabının məziyyətləri barədə geniş məlumat verdi.
Yazıçılar Birliyi Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, şair və yazıçılardan Ədalət Salman, Firidun Həsənağa, Mətanət Polad, Əhməd Qala, Bilal Alarlı, Səbinə Xasiyeva, ARB TV-nin əməkdaşı Samir Qurbanov, «Region-Press» qəzetinin baş redaktoru Surxay Şahbazov və başqaları sözügedən kitabla bağlı təəssüratlarını bölüşdülər.
Sonda Mirnəsiyət Mürsəlov tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi, yaradıcılıq planlarından danışdı və yeni şeirlərini oxudu.
Aynur Hətəmova
MİA.AZ