Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Aparat rəhbəri Fuad Quliyevə ağır itki üz verib.

Mia.az xəbər verir ki, vu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, F.Quliyevin anası Solmaz Quliyev dünyasını dəyişib.

Onun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.

Qeyd edək ki, F.Quliyev 2024-cü ildən Aparat rəhbəridir. Mətbuatda onun ADSEA-nın sədri Zaur Mikayılovun qudası olduğu barədə məlumatlar yayılıb.