ABŞ prezidenti Donald Tramp tariflərlə təzyiqdə saxlamağa çalışdığı Çinlə bağlı maraqlı açıqlamalar verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Tramp Ağ Evdə keçirdiyi iclasda deyib.
O, 145 faizlik tariflər səbəbilə Çində istehsalın azaldığını və bəzi fabriklərin bağlanmaq üzrə olduğunu iddia edib: "Mən indicə Çindəki vəziyyətlə bağlı bəzi xəbərləri aldım. Bunun Çinlə baş verməsini istəməzdim. Prezident Si Sinpin mənim çox sevirəm. Bu eşitdiklərim məni kədərləndirdi, lakin onlar istehsal prosesində ciddi zərbələr alırlar. Ümid edirəm ki, Çinlə anlaşacağıq. Bu, Çinə lazımdır, özü də çox. Çünki biz onların məhsullarını almadığımız üçün fabrik və zavodlar bağlanır. Əlbəttə, bundan məmnun deyiləm. Bizim üçün ədalətli olmadıqca onların məhsullarını istəmirik. Nə olacağını görəcəyik. Çinin yaxşı olmasını istəyirəm. İstəyirəm ki, hər bir ölkə yaxşı olsun, amma bizimlə ədalətli davranmalıdırlar".
Xatırladaq ki, Çin bir neçə ddəfə ABŞ və onun liderinin dialoq mesajını əlinin tərsi ilə kgeri çevirib.
Lamiyə Əhmədli
MİA.AZ