ABŞ administrasiyası Ukrayna ilə nadir metallar sazişini imzalamağa hazırlaşır

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən iclasda deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsinin dərhal başa çatması üçün səyləri davam edir: "Biz bu müharibədə daha çox əsgər və mülki vətəndaşın ölməsini istəmirik. Biz artıq Ukrayna ilə sazişin son mərhələsinə çatdıq. Mürəkkəb bir müqavilə bağlamaq istəmədim. Ukraynanın çox pulu olmadığı üçün belə qərar verdim. Bu razılaşma onlar üçün yaxşıdır, çünki Amerikanın orada rolu davam edəcək. Ümid edirəm ki, razılaşmaya hörmətlə yanaşırlar".

Fərid ASLAN
MİA.AZ