Azərbaycanın tanınmış rəssam-boyakarı, silsilə tabloların müəllifi olan rəssam Məmməd Şirzad bir sıra əsərlərini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiyanın 80 illik yubileyi münasibətilə quruma bağışlayıb.
Mia.az xəbər verir ki, o, bununla bağlı AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə müraciət ünvanlayıb.
M.Şirzadın AMEA-ya bağışladığı əsərlər sırasında iri həcmli “Bizim torpaq” pannosu, “Üzümçü qızlar” tablosu, bir sıra portret rəsmləri və Gürcüstan mövzusunda çəkdiyi rəsm əsərləri kimi rəsmlər olub.
Bu münasibətlə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professorla görüşüb, rəssama müəllifi olduğu əsərlərini Akademiyaya bağışlamasına görə minnətdarlığını bildirib.
Azərbaycan təsviri incəsənətinin təbliği və inkişafında xidmətlərinə görə, professor Məmməd Şirzad AMEA-nın “Təşəkkürnamə”si ilə təltif edilib və bunu qonağa Akademik İsa Həbibbəyli təqdim edib.