Yaponiya dünya tibb elmində mühüm yenilik edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin tədqiqatçılar milli tibbi lisenziya imtahanından uğurla keçə bilən süni intellekt sistemi hazırlayıblar.

Məlumatda deyilir ki, "yeni adam" milli tibbi imtahandan uğurla keçib.

Yaponiya hökumətindən bildirilib ki, Milli İnformatika İnstitutunun (NII) rəhbərlik etdiyi tədqiqatçılar tərəfindən yaradılan və “Böyük Dil Modeli” (LLM) sinifli süni intellekt sistemi 700 mindən çox lisenziyalı tibbi məqalə, məşhur tibbi internet saytlarından 16 milyon sənəd və dərsliklərdən ibarət hərtərəfli məlumat toplusundan istifadə etməklə formalaşdırılıb: "Milli tibb lisenziyası imtahanında uğurlu nəticə verən sistem qlobal səviyyədə hazırlanmış LLM modelləri arasında da ən mıhsuldar ixtiradır. Beləliklə, universitetlər, elmi-tədqiqat institutları və özəl şirkətlər də daxil olmaqla 40-a yaxın təşkilatla birgə istehsal edilən süni intellekt sistemi ilkin müayinə nəticələrinə əsasən mümkün diaqnozları dəqiqliklə aparır".

Məlumata əsasən, hazırda NII layihəsi çərçivəsində yeni sistemin klinik müalicə və əməliyyat sahələrinə də hazırlanır.

Zülfiyyə Mustafayeva
MİA.AZ