ABŞ İran və Çindən olan 6 fiziki, 6 hüuqiq şəxsə qarşı yeni sanksiya tətbiq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi qərar verib.

Qərarla bağlı nazirlikdən bildirilib ki, bu fizki şəxslər və onlarınmənsub olduğu şirkətlər İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ballistik raket istehsalına tələb olunan "materialları" tədarük edirlər: "İranın raket və digər silah imkanlarını inkişaf etdirməsi ABŞ və tərəfdaşlarının təhlükəsizliyini təhlükə altına alır".

Zülfiyyə Mustafayeva
MİA.AZ