Səudiyyə Ərəbistanı builki Həcc dövründə qaydalarına dəyişiklik edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, bu gündən başlayan və 44 gün davam edəcək yeni qaydaya əsasən, Həcc icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə girməyə cəhd edənlər 20 min riala (təxminən 5 min 300 dollar) qədər cərimə olunacaq: "Eyni zamanda, \iyarət vizası ilə Həcc ziyarətinə cəhd edənlərə yardım edənlər 100 min riala qədər (təxminən 26 min dollar) cərimələnəcək. Bundan başqa, icazəsiz Həcc ziyarətinə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişi qadağan olunacaq. Üstəlik, ziyarət vizası sahiblərini daşıyan avtomobillərə həbs qoyula bilər".

Xatırladaq ki, ötən il ümumilikdə 1 milyon 833 min 164 nəfər Həcc ziyarətinə gedib.

Tahir Şəlvəli
MİA.AZ