Bu gün mətbuatdan eşitdik ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası olub. Tanınmış hüquqşunas Çingiz Qənizdə İctimai Şuranın sədri seçilib. İlk iclasda İctimai Şuranın fəaliyyət istiqamətləri müzakirə edilib, eyni zamanda, sədr müavini və katibin seçilməsi ilə də bağlı səsvermə keçirilib, Əmir Əliyev sədrin müavini, Mətanət Əsgərova isə Şuranın katibi seçilib. İctiami Şuraya və onun yeni tərkibdə fəaliyyətinə uğurlar arzulayıram.
Düzü, bir ziyalı, bir öyrədən, bir ədəbiyyat-söz adamı kimi bu uğurlu təyinatı eşidəndə Çingiz Qənizadənin hər gün hüquqi maariflənmə ilə bağlı apardığı söhbərlər beynimdə dolandı. Bəzi fikirləri demək istədim. Elə insanlar var ki, onlar hansı peşədə, hansı məkanda olsalar da, tutduqları vəzifədən asılı olmayaraq dövlətinin yanındadır və təbliğat misyası əsaslanmış, inandırıcı həyat hadisələri ilə bağ olduğuna görə dinləmək istəyirsən və bəzən də könlündən həmsöbət olmaq keçir. Bax, Çingiz müəllim belə bir içtimai-siyasi xadım, hüquqşunas alim, hüquq müdafiəçisidir.
Kiçik bir arayış: 1964–1974-cü illərdə Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 1975-1977-ci illər hərbi xidmət keçdikdən sonra 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 1984-cü ildə oranı uğurla bitirib.
Gənc hüquqşunas 1989–1990-cı illər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində şöbə rəisinin müavini, 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, 1992–1993-cü illərdə Bakı şəhər prokuroru vəzifələrində çalışmışdır. 1995-ci ildən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir. 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə IV və V Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Qanun yaradıcılığında onun fəaliyyəti həmişə təqdir olunub. Təklifləri, iradları, xarici dövlətlərdə Azərbaycanı təmsil etmələri həmişə ölkə rəhbərliyini və şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bəyənilib. Onun yubiley yaşı günlərində -31 iyul 2017-ci tarixdə Azərbaycan Respublikasının İctimai-siyasi həyatında fəal iştirakına görə İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunması dediklərimizə bir sübutdur.
Bu təbrik anlarında, əziz gündə yerinə düşməsə də ürəyimdən keçən bəzi sözləri deməliyəm. Çingiz Qənizadə qanun yaradıcılığında təmsil olunmalı bir ictimai-siyasi xadim, bir hüquqşunas alim, bir hüquq müdafiəçisidir. Hər dəfə tanınmış bir millət vəkilinin ucuz çıxışını, xalqı aşağılan təklif və sözünü eşidəndə qəlbimiz göynəyir. Nə isə...
Əziz Çingiz Qənizadə! Təbrik edirəm!
İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti uğurlu olacaq!
SƏXAVƏT TAĞLAR,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdçüsü.
MİA.AZ