Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Mia.az xəbər verr ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma DİN-in nəzarətinə götürülüb.
***
Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb.
Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.