İstanbulda zəlzələ təkanlar davam edir. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD yeni açıqlamalar yayıb.

Bildirilib ki, bu gün Mərmərə dənizinin Büyükçekmece sahillərində ardıcıl olaraq daha iki zəlzələ baş verib.

Məlumata görə, Bakı vaxtilə saat 21:21-də 3,5 bal, 21:33-də isə 4,3 bal gücündə zəlzələ olub.

Xəbərdə o da deyilir ki, zəlzələdən sonra bəzi insanlar yenə panikaya düşərək çölə qaçıblar.

***

Bu zəlzələlərdən sonra İstanbulda daha iki zəlzələ baş verib - 3.7 ve 3.5 gücündə

Lamiyə Əhmədli
MİA.AZ