Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazə və lisenziyaların siyahısını təsdiqləyib.

Mia.az xəbər verir ki, söhbət təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsinə icazədən və təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına görə lisenziyadan gedir.