Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus telefon və internet təşkilatlarının "Aztelekom" MMC-yə birləşdiriləcəyi barədə rəsmi açıqlama yayılıb.

Mia.az xəbər verir ki, açıqlamada bunun vahid idarəetmə mərkəzinin yaradılması inzibati proseslərin sadələşdirilməsinə, resurslardan istifadə səmərəliliyinin artırılmasına və dövlət vəsaitləri də daxil olmaqla kapital və əməliyyat xərclərinə daha çox qənaət edilməsinə imkan verəcəyi qeyd olunub:

"Məqsəd investisiyaların idarə olunmasının, yüksək potensiala malik kadrların cəlbinin, rəqəmsal inkişafı təmin edən layihələrin icrasının vahid mərkəzdən aparılmasıdır. Yenidən təşkil təkrarlanan prosesləri aradan qaldıracaq, əməliyyatların daha çevik olmasına və qərarvermə prosesinin sadələşdirilməsinə zəmin yaradacaq.

Yeni qurumun əsas prioritetlərindən biri də strateji məqsədlərin daha yaxşı əlaqələndirilməsinə və uyğunlaşdırılmasına imkan verən idarəetmə mexanizminin yaradılmasıdır. Vahid idarəetmə çərçivəsində fəaliyyət göstərməklə bu qurum innovasiyaları təşviq edən əməkdaşlıq mühitini də inkişaf etdirəcək.

İdarəetmənin yenidən təşkili alt qurumlarda mövcud qoşulma proseslərinin optimallaşdırılması, müştəri məmnuniyyətinin və rəqəmsal əlçatanlığın da artırılması ilə nəticələnəcək. Yenidən təşkilin əsas məqsədlərindən biri də müştərilərə təqdim edilən xidmət səviyyəsi və keyfiyyətinin yüksəldilməsidir".

***

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC nəhəng quruma çevrilir.

Mia.az  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, buna səbəb "Bakı Telefon Rabitəsi", “AzEvroTel” və “Azərrabitəlayihə” MMC-lər, "Aztelekom"un Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi və Sumqayıt Telekommunikasiya Qovşağının ləğv olunacaq.

Məlumata gərə, bu qurumların hamısı "Aztelekom"un bayrağı altında birləşdiriləcək.

Mia.az-ın əldə etdiyi məlumata görə, indidən nəhəng qurumun rəhbərliyinə iki güclü iddiaçının adı çəkilir.

Araşdırmamız olacaq.

MİA.AZ