"Türk xalqını böyük gələcəyə aparan rolunuz həqiqətən böyük bir mübarizə hekayəsidir. Böyük lider təkcə cəsur deyil, həm də xalqın qəlbini fəth edən biridir. Əziz qardaşım Ərdoğan, siz bu əzəməti təmsil edirsiniz".

Mia.az Türkiyə mətbuatına istinadıa xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğanla aprelin 22-də Prezident Külliyesində keçirilən mətbuat konfransında Pakistanın Baş naziri Şahbaz Şərif deyib.

O, Ərdoğanı tərfləyərək deyibki, türk xalqını bir araya gətirmək və böyük bir gələcəyə daşımaq mühüm vəzifədir: "Siz buradakı rolunuz, həqiqətən, böyük bir mübarizə hekayəsidir. Bu, eyni zamanda, hamımız üçün böyük bir təşviqdir. Bu illər ərzində apardığınız mübarizə Türkiyəni çox möhkəm və çox güclü bir iqtisadiyyata çevirdi. Türkiyəni inkişaf edən bir cəmiyyətə və eyni zamanda çox diplomatik təsirə malik bir dövlətə, millətə çevirdi...".

Firudun Səfərli
MİA.AZ