ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya ilə danışıqları davam etdirmək üçün Moskvaya gedəcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karoline Leavitt yayılan xəbəri təsdiqləyib.
Onun sözlərinə görə, səfər bu həftə gerçəkləşəcək: "ABŞ Rusiya-Ukrayna müharibəsinin bitməsini çox istəyirlər. Mən indicə prezident Tramp və Stive Vitkoff ilə Oval kabinetdə idim. Biz bu danışıqlarda düzgün istiqamətdə hərəkət etdiyimizə inanırıq. Xüsusi nümayəndə Rusiya Prezidenti Vladimir Putinlə danışıqları davam etdirmək üçün bu həftə Moskvaya yollanacaq".
Samir Musayev
MİA.AZ