Gəncə şəhərində məktəblilər arasında dava düşüb.
Mia.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidməti Gəncə Regional Qrupu məlumat yayıb.
Bildirilib ki, Gəncə şəhərindəki məktəblərdən birində şagirdlər arasındakı insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar davam etdirilir.
Araşdırmalar zamanı başqa bir şagirdin xəsarət alaraq xəstəxanaya müraciət etməsi məlum olub.
Hazırda müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir