Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

Mia.az xəbər verir ki, bu, erməni işğalından azad edildikdən sonra yenidən qurulan Həsənriz kəndinə köçürülmənin 4-cü mərhələsidir.

Bu mərhələdə kəndə 20 ailə (68 nəfər) köçürülür.

Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.