Rusiya lideri Vladimir Putin Ukrayna prezidenti Zelenski ilə müharibə başlayandna bəri ilk dəfə birbaşa danışıqlara hazır olduğunun anonsunu verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Moskvada jurnalistlərin suallarını cavablandırıb.

Putin müharibə başlayandan bəri ilk dəfə Ukrayna ilə birbaşa danışıqlardan söz açaraq, Pasxa bayramı ilə bağlı müvəqqəti atəşkəs rejiminin uzadılmasına müsbət baxdıqlarını deyib: "Atəşkəsə müsbət baxırıq. Ona görə də belə bir təşəbbüslə çıxış etdik. İstənilən dinc təşəbbüsə müsbət baxırıq. Ümid edirəm ki, Kiyev nümayəndələri də buna müsbət baxacaq. Təəssüf ki, mənim ilk atəşkəs təklifimiz Ukrayna tərəfi əvvəlcə qəbul etmədi. Amma sonra oradakı daha ağıllı insanlar, çox güman ki, xarici kuratorlar dedilər ki, bu cür təşəbbüsləri rədd etmək Kiyev administrasiyası üçün uduzmaq deməkdir. Ona görə də onlar - Ukrayna hakimiyyəti bunu tez qəbul etdilər. İndi biz atəşkəsin uzadılması və sülh üçün mövcud vəziyyəti təhlil edirik. Ümumiyyətlə, son günlər Ukraynanın hərbi fəaliyyətləri azalıb. Biz bunu da alqışlayırıq və sülh üçün gələcəyə baxmağa hazırıq”.

Rusiya lideri mülki infrastruktur obyektlərinə hücumlara da toxunub. O, Rusiya ordusunun Sumı şəhərində universitetin konqres mərkəzinə hücumunu təsadüf saymadığını deyib: "Düzdür, bu, mülki infrastruktur elementidir. Bununla belə, orada Kursk bölgəsində Rusiyaya qarşı cinayət törətmiş Ukrayna əsgərlərinə mükafatlar verilirdi. Onlar cinayət törətmişlər, cəzalandırıldı. Ümumiyyətlə, Kiyev rəhbərliyi belə yerlərdə, o cümlədən restoranlarda hərbi toplantılar keçirir. O səbəbdən, hansı ki, ordada belə görüşlər olur, o yerlər vurulur".

Ukrayna prezidenti Vladimir Zelenskinin Putinindialoq təklifinə cavabı gecikməyib: “Ukrayna mülki hədəflərə hücumlara son qoymaq təklifinin arxasındadır, biz Rusiyanın cavabını gözləyirik”.

Yeri gəlmişkən, Tramp bir həftə içinə Rusiya-Ukrayna savaşının dayanacağı haqda dünən açıqlama erib.

Lamiyə Əhmədli 
MİA.AZ