"Rusiya-Ukrayna arasındakı danışıqlar müsbət irəliləyir. Bu həftə iki ölkə arasında razılaşmanın əldə olunma ehtimalı çox yüksəkdir”.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, ABŞ lideri olaraq prosesi daha tez bitirmək istəyir: "Konkret gün sayı yoxdur, lakin danışıqlar hazırda yekunlaşmaq üzrədir. Bu razılaşmanı əldə etmək üçün həqiqətən yaxşı şansımız var. Bu həftə danışıqları müsbət sonluqla bitərə bilərik"
ABŞ prezidenti İranla danışıqların necə getdiyi ilə bağlı suala da müsbət cavab verib: “İranla çox yaxşı danışıqlarımız oldu. Proses davam edir. İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün buradayam. İranın nüvə silahı ola bilməz. Əgər olarsa, həyatınız böyük təhlükə altında olacaq".
Lamiyə Əhmədli
Mia.az