"Azəriqaz"da kütləvi ixtisar gözlənilir.
Mia.az xəbər verir ki, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat verib.
O bildirib ki, Bakı və regionlar (RQİİ) üzrə vəzifəli şəxlərlə işləyən və ayda 600-700 man əmək haqqı alan təqribən 500-ə yaxın sürücünün ixtisara salınması planı var: ""Azəriqaz" İB Baş direktoru əmr imzalayıb. Bu əmrə əsasən vəzifəli şəxslərin sürücüləri işdən azad olunacaq, bu şəxslər öz maşınlarından istifadə edəcək və bunun üçün onlara yüksək məbləğdə təqribən 2000-2500 manat vəsait (maşının arendası və benzin pulu) ödəniləcək.(Bu barədə aşağıda cədvəldə qeydlər var - Mia.az)
Məsələn, Regional Qaz İstismar İdarələrinin (RQİİ) rəisi təqribən 2500 (əmək haqqı) + 2500 (maşın arendası üçün) + 600 litr pulsuz benzin alacaqlar. Ona xidmət edən maşının sürücüsü isə təqribən 600-700 man əmək haqqı alırdı...".
Samir Musayev
MİA.AZ
Sual:
-Ayrılmış arenda pulu maşının markasından,şəxsin vəzifəsindən yoxsa iş vaxtı daha çox istifadədən asılıdır?
Sonda: Bu halda udan kim,uduzan kim oldu?