"Azəriqaz"da növəti təyinat olub.
Mia.az xəbər verir ki, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.
O bildirib ki, SOCAR-ın Strateji idarəetmə və innovasiyalar Departamentinin rəis müavini işləyən Təbriz Bilal oğlu Əmmayev "Azəriqaz" sədrinin müavini təyin edilib: "Ona 07.04.2025-ci il tarixdən 3 (üç) ay müddətinə vakant olan SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini vəzifəsinin səlahiyyətləri həvalə olunub".
Komiotə sədrinin sözərinə görə, bu boş vəzifə üçün ona nəzərdə tutulmuş vəzifə maaşının 50% miqdarında əlavə əmək haqqı ödənilir.
Onu da qeyd edək ki, yeni müavin SOCAR-dakı postunda da saxlanılıb.
Samir Musayev
MİA.AZ