Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi mətbuatda elan, bildiriş və reklamların verilməsi, reklam məqsədilə təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanması və yayılması, məlumatlandırıcı videoçarxların çəkilməsi xidmətinə 166 663 AZN xərcləyəcək.

Mia.az Pavda.az-a istinadla xəbər verir ki, Agentlik “Medical Media” MMC ilə müqavilə bağlayıb.

MMC quruma 769 dəfə xidmət göstərəcək.