Müştərilər tərəfindən “Bank BTB” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.

Mia.az Yeniavaz.com-a istinadən xəbər verir ki, 2024-cü ilin ilk rübü ilə müqayisədə 2025-ci ilin ilk rübündə müştərilərin “Bank BTB”dəki depozitləri 1,8% və ya 2,8 milyon manat azalıb.

Bu ayın əvvəlinə olan məlumata görə, müştərilərin “Bank BTB”də 146,9 milyon manat depoziti olub.

Məlumat üçün bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.

Qeyd edək ki, “Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən banklar arasında ötən ili zərərlə başa vuran yeganə bank “Bank BTB” ASC olub. Açıqlanan maliyyə hesabatında “Bank BTB”-nin xalis zərərinin 839 min manat olduğu qeyd olunub.