İsrailin müdafiə naziri Yisrael Katz Tehranı hücumla hədələyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bunun üçün heç nədən ehtiyat etmədiklərini deyib.
Nazir bildirib ki, hücum nəyin bahasına olursa olsun, baş verəcək: "Biz İranı və onun strateji hədəflərini vuracağıq. İran nüvə silahı əldə edə bilməz. Bunun qarşısı alınacaq".
Yeri gəlmişkən, İsrailin dövlət televiziyası KAN dünən ABŞ-ın bunkerləri partladan bombalar daşıyan 9 nəqliyyat təyyarəsi ilə ölkəyə hərbi sursat göndərdiyini açıqlayıb.
“The New York Times” yazır ki, İsrail may ayında İrana böyük hücum, o cümlədən Tehranın nüvə obyektlərinə zərbələr endirmək istəyir: "Donald Tramp İsrailin hücum planını hələlik qəbul etməyib. Çünki danışıqların nəticəsini gözləyir"
Zülfiyyə Mustafayeva
MİA.AZ