Türkiyə ilə Azərbaycan arasında imzalanan təbii qaz müqaviləsi artıq prezident Ərdoğan tərəfindən tədsdiqlənib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə rəsmi sənədlərin dərc olunduğu "Rəsmi Qəzet"də məlumat verilib.

Prezident Ərdoğanın imzası ilə dərc olunan qərarnamyə əsasən, 14 may 2024-cü ildə İstanbulda imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişi” təsdiqlənib: "Saziş Azərbaycandan və üçüncü ölkələrdən təbii qazın alqı-satqısı, çatdırılması, mübadiləsi və tərəflərin əraziləri vasitəsilə tranziti sahəsində əməkdaşlığın artırılması məqsədi daşıyır".

Mia.az xatırladır ki, bu sazişlə Orta Asiya qazının Xəzər dənizi vasitəsiylə Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropa ölkələrinə daşınmaası nəzərdə tutulur.

Lamiyə Əhmədli
MİA.AZ