Uşaq Birliyinin rərhbəri Məryam Rüstəmova biz şagirdlərlə söhbətində tez- tez deyir: "Məktəb bizim ikinci evimizdən. Burada hər bir şagird özünü evdəki kimi aparmalı, sinif yoldaşlarına, məktəb əmlakına qayğılı münasibət göstərməlidir".
Məryam müəllimənin bu sözünün güvənində biz beşinci sinif şagirdləri təlimdə olduğu kimi, tərbiyə işində də, məktəbə, müəllimlərə, sinif yoldaşlarımıza münasibətdə də fərqliyik. Məktəb üzrə təlim-tərbiyə prosesində siniflər arasında fərq yaradan sinif olmağımızla qürur duyuruq.
Tez -tez iməcliklər təşkil edib səliqə-səhman işləri görürük. Yeni əkdiyimiz gül- çiçəklərə və həmişəyaşıl ağaclara qulluq göstəririk. Tədris ili ərzində sinfimizdə şagirdlər arasında davamlı dərs məşğələlərindən qalan və intizamsızlığı qeydə alınan sinif yoldaşımız olmamışdır.
Məktəb rəhbərliyinin tapşırığı ilə uğur hekayələri yazırıq. Məqalələrimizdə düşüncələrimiz, fikirlərimiz öz əksini tapır.
Biz sinif yoldaşları - Dilarə ilə Nuray da öz məqaləmizdə Uşaq Birliyinin rəhbəri, əziz və doğma Məryam Rüstəmovanın göstərdiyi qayğını önə çəkib, uğurlarımızda onun əvəzsiz əməyini qeyd edirik.
O, bizi elə öyrədib ki, məktəbi ikinci evimiz, müəllimləri isə mənəvi valideynlərimiz hesab edirik. Sinifimizdə olan problem, çatışmamazlıq, bizi narahat edən hər hansı bir işi, maraq və düşüncələrimizi Məryam müəlliməyə deməkdən çəkinmirik. Onun diqqət qayğısı və sevgisi hər an bizə stimul verir.
DİLARƏ SƏMƏDZADƏ,
NURAY NAĞIZADƏ
İmişli rayon Cəfərli kənd Fazil Rəhimov adına 2 saylı tam orta ümumtəhsil məktəbinin V sinif şagirdləri
MİA.AZ