Türkiyənin sabiq xarici işlər naziri, AK Partiyanın Antalyadan deputatı Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu dünyasını dəyişib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AK Partiyanın Antalya şəhər təşkilatının sədri Ali Çətin ilk məlumatı açıqlayıb.
O, həm sabiq nazirə, həm də "Alanyaspor” Klubunun prezidenti Həsən Çavuşoğluna atalarıun vəfatı ilə əlaqədar başsağlığı mesajı yayıb.
Bundan sonra Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, ölkənin vitse=prezidenti Cevdat Yılmaz və digərləri başsağlığı mesajları yayıblar.
Allah rəhmət eləsin!
Fərid ASLAN
MİA.AZ