"Bu gün nəqliyyat ekspertləri "Bakı Metropoliten"in sədri Vüsal Aslanovla görüşdü".
Mia.az xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə tanınmış ekspert, "Avtosfer.az" saytının rəhbəri Elməddin Muradlı Feysbuk-dakı səhifəsində yazıb.
O bildirib ki, görüşdə çox maraqlı söhbətlər olub: "Metromuz, nəhayət, sürətlə inkişaf edəcək. Görüləcək çoxlu işlər var və bunların hər biri ciddi nəqliyyat planlanması tələb edir".
Xatırladaq ki, V.Aslanov ekspertlərlə "Manqal" restoranında görüşüb.
Samir Musayev
MİA.AZ