"Gələn cümə axşamı Ukrayna ilə nadir mineral torpaqlarla bağlı sazişi imzalayacağıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu mesajı ABŞ prezidenti Donald Tramp Ağ Evdə İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşdə verib.

Tramp qeyd edib kii, bu dəfə Kiyevin prosesi uzadacağını düşünmür: "Düşünürəm ki, Ukrayna razılaşmaya əməl edəcək. Çünki aramızda razılaşmamız var. Görəcəyik".

Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin hələ də müharibəyə görə cavabdeh görüb-görməməsi barədə suala isə belə cavab verib: "Zelenskinin cavabdeh olub-olmadığını bilmirəm, amma bu müharibə heç vaxt başlamamalı idi. Zelenskini qınamıram, amma onun çox yaxşı iş gördüyünü deyə bilmərəm. Mən onun heyranlarından deyiləm. Əslində, əvvəl dediyim kimi, Co Bayden bu müharibənin başlamasına görə məsuliyyət daşıyır. Bu müharibəyə indi son qoyulmalıdır və biz bunun üçün çalışırıq. Rusiya çox daha böyük bir ölkədir, çox böyük bir hərbi gücdür. Ağıllı olsaydınız, bu kürsüdə oturan Baydenə görə müharibələrə girməzdiniz".

Lamiyə Əhmədli
MİA.AZ