Türkiyənin Sakarya bölgəsinin Sapanca rayonunda yerləşən məşhur bir istirahət mərkəzinin otel otaqlarına gizli çəkiliş üçün kameralar yerləşdirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu səbəbindən mərkəzin şərikli rəhbərləri olan Hüseyn K. və Tansel S. saxlanılıblar.
Məlumata görə, bu iyrənc əməli ailəsi ilə birlikdə İstanbuldan Sapanca mahalı Uzunkum məhəlləsindəki mərkəzə istirahətə gələn M.K. adlı şəxs aşkarlayıb: "M.K. qaldıqları evin tavana bərkidilmiş çılçıraqdakı lampaların birinin şübhəli göründüyünü fərq edərək, onun gizli kamera olduğunu anlayıb. Və dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polislər faktın doğru olduğunu müəyyən etdikdən sonra mərkəz rəhbərlərini saxlayıb, iş yerlərini isə qapadıblar".
Xəbərdə deyilir ki, əməliyyat axtarışla mərkəzdəki evlərin çoxunda belə gizli kameralar tapılıb: "Mərkəzin sahibləri ittihamı rədd eləslər də, onlaırn birinin telefonunun həmin gizli kameraya tağ edildiyi hadisə yerinin ilkinin istintaqı ilə müəyyənləşib..."
Tahir Şəlvəli
MİA.AZ