Ankara Respublika Baş Prokurorluğu tərəfindən "CHP-yə qəyyum təyin edilməsi" ilə bağlı iddialarla bağlı cinayət işi açılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ədliyyə naziri Yılmaz Tunç açıqlama verib.
O bildirib ki, belə bir iddian ortaya atanlar cəmiyyətdə çağqınlıq və gərginlik yaratmağa çalışırlar.
Nazirin sözlərinə görə, CHP-nin 38-ci növbədənkənar qurultayının ləğvi və partiyaya və bəzi bələdiyyələrə qəyyum təyin ediləcəyi ilə bağlı iddialar ciddi qəbul edilməməlidir: "Bu yalan iddialarla bağlı Ankara Respublika Baş Prokurorluğu "ictimaiyyətə yalnış məlumat yayma" maddəsi ilə cinayət işi açıb, araşdırma başlayıb".
Firudin Səfərli
MİA.AZ