Mərhum müğənni Vidadi Bərdəlinin ifaçı qızı Aytac Vidadiqızı “Rəngarəng” verilişindəki açıqlaması ilə diqqət çəkib.
Mia.az xəbər verir ki, A.Vidadiqızı boşanmasının səbəbi açıqlayıb.
“Hərdən deyirəm, mən deyiləm günahkar. O qədər mərhəmətli, vicdanlı insanm ki, vicdanım yenə də sızıldayır. Nə olur, olsun, bəlkə, dözərdim, uşaqlar atalı-analı böyüyərdilər. Onda da mən çox yaşamayacaqdım. Bu dəfə də anasız qalacaqdılar. Dözə bilməzdim, ölərdim” – o bildirib(pravda).