"Çin böyük "Boeing" anlaşmasından artıq çıxıb və bu təyyarələri bizdən təhvil almayacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
O daha sonra bildirib ki, Pekin ş və onun şirkətləri bununla bağılı zamanında öhdəik götürsələr də, əməl etməyəcəkləri haqqında bilgi veriblər: "Maraqlıdır ki, alınması barədə tam öhdəlik götürdükləri təyyarələri təhvil almayacaqlar"
Xəbərdə deyilir ki, Çinin "Boeing"dən imtinasından sonra şirkətin səhmləri 2,36 faiz ucuzlaşıb.
Xatırladaq ki, Çin ABŞ-ın 145 faizliktarif müharibəsinə cavab olaraq yerli aviaşirkətlərə "Boeing" təyyarələri və onun hissələrini almağı qadağan edib.
Samir MUSAYEV
MİA.AZ