Qəbələdə qadın dəm qazından boğularaq ölüb.
Mia.az xəbər verir ki, hadisə ötən gün Qəbələ şəhər İ.Qurtqaşınlı küçəsində qeydə alınıb.
Belə ki, aprelin 13-də Xatirə Hacıbalayevanın meyiti yaşadığı mənzilin hamam otağında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdamda 35 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Hadisə Birinci Dördyol qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin qəsəbədə yaşayan, Kəlbəcər rayonunun Zülfüqarlı kənd sakini, 1990-cı il təvəllüdlü Niyaməddin Nizami oğlu Bayramov evdə dəm qazından zəhərlənərək həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır(Report).