Müğənni Rəqsanə İsmayılova həmkarlarına mesaj yollayıb.

Evinin mətbəxində video çəkdirib sosial şəbəkə hesabında yayan sənətçi məclislərdə onlara verilən pulları sosial-şəbəkələrdə paylaşan ifaçıları qınayıb.

Həmin pullardan dəfələrlə artığının məclislərdə ona verildiyini deyən ifaçı həmin pulları əziyyətlə qazanan insanlara nümayiş etdirməyin doğru olmadığını bildirib.

Sənətçi toyların birindən 1 milyon rus rublu qazandığını deyərək sözlərinə davam edib./Publika.az