"Yüzlərlə Çin vətəndaşı Rusiya ordusunda bizə qarşı döyüşür".
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən “Ukrayna Müdafiə Əlaqə Qrupunun (Ramşteyn) 27-ci iclası”nın iştirakçılarına videokonfrans vasitəsilə müraciətində deyib.
Zelenski bildirib ki, Rusiya indi də Çin vətəndaşlarını ordusuna qatmağa başlayıb: "İndi bizdə ən azı yüzlərlə Çin vətəndaşının Rusiya işğalçı qüvvələrinin tərkibində vuruşduğuna dair məlumat var. Bu, Rusiyanın açıq-aşkar müharibəni davam etdirməyə çalışdığı anlamına gəlir. Hətta Çinin həyatı bahasına olsa belə. Mən buradan müttəfiqlərə səslənir və Rusiyaya təzyiqi artırmağa çağırıram".
Firudin Səfərli
MİA.AZ