Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Mia.az xəbər verir ki, bu, Həsənriz kəndinə köçürülmənin üçüncü mərhələsidir. Bu mərhələdə kəndə 20 ailə - 72 nəfər köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, eləcə də ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.