Yüksək gömrük tarifləri ilə dünyanı silkələyən ABŞ indi də xarici tələbələrin vizalarının ləğvinə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq ölkə univeristetlərində təhsil alan əcnəbi tələbələrin "ovu" genişlənib.

Məlumata görə, qısa zamanda 600-dən çox əcnəb tələbənin vizası ləğv olunub, ölkədə miqrant kimi status alan tələbələrin isə bu statusu qaldırılıb.

ABŞ-ın təhsil sahəsi üzrə ixtisaslaşmış "Inside Higher Ed" xəbər platformasıbəyan edib ki, artıq 100-dən çox universitet tələbələri belə halla üzləşiblər: "Bu tələbələrin çoxunun F-1 və ya J-1 tələbə vizaları xəbərdarlıq olunmadan ləğv olunub. Onlardan bəziləri universitet şəhərciklərində İsrail əleyhinə nümayişlərdə, bəziləri xırda yol hərəkətiqaydalarını pozmaqda, bəziləri isə hətta sosial mediada "xoşagəlməz paylaşımlar" etməkdə günahlandırılıblar".

Xəbərdə o da deyilir ki, ABŞ bu prosesi əsasən süni intellektlə dəstəklənən monitorinq proqramı ilə icra edir: "Keçən ay ABŞ Dövlət Departamentinin başlatdığı “Tut və Ləğv et” adlı proqram çərçivəsində üç həftə ərzində 300-dən çox tələbə vizası ləğv edilib. Bu sistem süni intellektlə dəstəklənən proqram vasitəsi ilə sosial medianı skan edir və hər hansı xoş olmayan paylaşım aşkarlayan kimi əcnəbi tələblərin vizasını "qaralayr"".

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio faktı təsdiqləyib. O bildirib ki, onlar ölkədə "çılğın əcnəbi tələbə" görmək istəmirlər.

Lamiyə Əhmədli

MİA.AZ