Türkiyənin bir şəhərində dabaq xəstəliyi yayılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Müdirliyi xəbərdarlıq yayıb.
Xəbərdarlıqda Tuncelinin Çemişgezek mahalında dabaq xəstəliyinin yayılması təsdiqlənib: "Bu səbəblə bəzi kənd və məhəllələrdə karantin tətbiq edilib. Toratlı kəndi isə xüsusi nəzarətə götürülüb. Bundan əlavə, Təkeli, Toratlı, Paşacık, Gözlüçayır, Bozağaç, Sarıbalta, Doğan, Payamdüzü, Ulukale, Yenimahalle və mərkəzi məhəllələrdə heyvanların örüşə ötürülməsi qadağan olunub. Əgər heyvan sahibləri buna əməl etməsə, böyük məbləğdə cərimələnəcəklər".
Rəsmi qurum bölgədə heyvanların dabaq xəstəliyinə qarşı peyvənd işlərinə başlandığını da açıqlayıb.
Firudin Səfərli
MİA.AZ