Avropa İttifaqı ABŞ-a qarşı tarif qərarını "dondurub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen açıqlama verib.

O bildirib ki, Prezident Trampın Avropa İttifaqı ölkələrinə qarşə tarif qərarını 90 günlük təxirə salması barədə açılaamsından sonra onlar da belə ortaq qərara gəliblər: "Cənab Trampın bəyanatını biz də nəzərə aldıq. Müzakirəyə, danışıqlara fürsət yaranıb və bz bu şansı dəyərləndirməliyik. Üzv dövlətlər Aİ-nin cavab tədbirlərini güclü şəkildə dəstəkləsələr də, biz Trampın son bəyanatına əsaslanaraq, tarif qərarımız 90 gün müddətinə dayandıracağıq".

Samir Musayev
MİA.AZ