Qəzzada ölənlərin sayı artıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi statistik məlumat yayılıb.
Bildirilib ki, İsrail ordusunun son 24 saatda həyata keçirdiyi hücum nəticəsində daha 40 nəfər ölüb, 146 nəfər isə yaralanıb.
Məlumata görə, bununla da 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada həyatını itirənlərin sayı 50 min 886 nəfərə, yaralıların sayı isə 115 min 875 nəfərə çatıb.
Tahir Şəlvəli
MİA.AZ