Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan WhatsApp istifadəçilərinə xəbərdarlıq edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "WhatsApp"ın qurucusu "Meta"nın yaydığı xəbərdarlıqda proqramda istifadəçilərinşəxsi məlumatlarının və yazışmalarının ələ keçirilməsinə hesablanmış ciddi təhlükəsizlik nöqsanıın aşkarlandığı etiraf olunub.
Qeyd edilib ki, bu səbəbdən "WhatsApp"da şübhəli hal görüldüyündə dərhal təcili yeniləmə olmalıdır: "Əks halda hakerlər zərərli görüntü və ya fayl vasitəsilə istifadəçi cihazlarına uzaqdan daxil olma imkanı yarada bilərlər. Hələlik bu təhlükə yalnız "Windows"un masaüstü versiyasında var. Bu versiyaya gələn istənilən şübhəli mesaj və zəngləri açmayın!"
"Meta" bu problem üzündən "tora düşənlər" haqqında informasiya verməyib.
Kibertəhlükəsizlik üzrə ekspert Adam Pilton isə xəbərdarlığa münasibətdə deyib ki, insanlar WhatsApp qruplarında əsasən fotolar mübadiləsi aparır: "Əgər haker həmin qrupa "etibarlı kontakt" vasitəsi kimi tağ olarsa, hər kəsin xəbəri olmadan büütn qrup üzvlərini də "ələ keçirə" bilər. Odur ki, insanlar qruplara üzv olarkən diqqətli və prosesi ciddi nəzarətdə saxlamalıdırlar..."
Zülfiyyə Mustafayeva
MİA.AZ