“Ukraynada hər hansı bir xarici ölkə hərbçilərinin olmaı bizim üçün qəbulolunmazdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ukraynaya sülhməramlı adıyla Avropa ölkələrinin hərbçilərinin göndərilmə ehtimalına münasibətdə deyib.

Onun sözlərinə görə, belə hal Rusiya və onun təhlükəsizliyi üçün açıq təhdiddir: "Ukraynada xarici qoşunlar ola bilməz. Bayrağından və ya missiyasından asılı olmayaraq, Ukraynada istənilən xarici hərbi qüvvə Rusiyanın təhlükəsizliyinə təhdid sayılacaq və NATO qoşunları ilə birbaşa toqquşma riski yaradacaq".

Samir Musayev

MİA.AZ